XXI əsrdə insanlar maddi baxımdan yetərincə qazansalar da, vaxt yoxluğu səbəbindən psixoloji cəhətdən kasıb ola bilirlər. Bu fenomenə müasir elmlər “zaman yoxsulluğu” adını verirlər.
Bəs nədir zaman yoxsulluğu?
-
İş, sosial həyat, ailə və şəxsi vaxt arasında balansın olmaması
-
Daim tələsik, stresli və planlı hərəkət edə bilməmək
-
Özünə, hobbilərə və dincəlməyə vaxt ayıra bilməmək
Təhlükələri:
-
Daimi stress və narahatlıq
-
Yuxu pozuntuları və yorğunluq
-
Diqqət və məhsuldarlığın azalması
-
Depressiya və narazılıq hisslərinin artması
Maraqlısı odur ki, vaxt yoxsulluğu maddi yoxsulluq qədər ciddi nəticələr yaradır, çünki insanın psixi sağlamlığına birbaşa təsir göstərir.
Nə etmək olar?
-
Prioritetləri düzgün müəyyənləşdirmək
-
Texnologiya və sosial şəbəkələrdən istifadəni idarə etmək
-
İş və şəxsi vaxtı balanslaşdırmaq
-
Kiçik anlardan zövq almağı öyrənmək
XXI əsrin yeni yoxsulluğu – pul yox, vaxtın olmamasıdır. Özünüzə və sevdiklərinizə vaxt ayırmaq, ən qiymətli sərmayədir.