Bir çox fitnes məhsulları – o cümlədən müsli, protein batonları və dənli qarışıqlar düşündüyümüzdən qat-qat çox şəkər və yağ ehtiva edir.
Bu barədə KP.RU-ya həkim Oksana Drapkina bildirib, DenMedia.az xəbər verir.
Onun sözlərinə görə, gizli kalorilərin əsas mənbələri sırasında həmçinin əlavəli içkilər və desertlər, hazır şirələr, spirtli içkilər, qoz-fındıq və quru meyvələr də var.
Mütəxəssis əlavə edib ki, bu siyahıya ağ çörək, hazır dondurulmuş və ya soyudulmuş yeməklər, f fast-fud, müxtəlif souslar və yemək əlavələri də daxildir.
Rasionda gizli kaloriləri azaltmaq üçün əlavələrin miqdarına nəzarət etmək vacibdir.
Drapkina həmçinin minimum emaldan keçmiş məhsullara üstünlük verməyi, şirin və spirtli içkiləri məhdudlaşdırmağı, yeməkləri tərkib hissələrinə ayıraraq istehlak etməyi tövsiyə edib.
Bundan başqa, ev yeməklərinə üstünlük verilməsi və qidalanma gündəliyinin aparılması sağlam çəki nəzarəti üçün effektiv üsul kimi göstərilib.

