Endokrinoloq Anna Kuznetsova NEWS.ru-ya açıqlamasında bildirib ki, bədən çəkisinin cəmi 5–7% azalması belə insanda şəkərli diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, risklərin qarşısını almaq üçün həm də müntəzəm fiziki aktivlik və düzgün qidalanma vacibdir.
Kuznetsova qeyd edib ki, II tip şəkərli diabet çox hallarda qarşısı alına bilən və ya ən azı gecikdirilə bilən xəstəlikdir. Bunun üçün fövqəladə səylərə ehtiyac yoxdur, əsas məsələ ardıcıllıqdır.
Həkimin tövsiyələri belədir:
• Çəkiyə nəzarət — hətta ilkin çəkidən 5–7% azalma belə riski ciddi şəkildə aşağı salır.
• Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik — çünki əzələlər qlükozanın əsas istehlakçısıdır.
• Tərəvəzlər (kartof istisna olmaqla), qarabaşaq, yulaf, qəhvəyi düyü kimi tam taxıllar və az yağlı zülək mənbələri (balıq, toyuq) gündəlik rasionun əsasını təşkil etməlidir.
• Rasionda faydalı yağlara yer verilməlidir: qoz-fındıq, avokado, zeytun yağı.
Endokrinoloq əlavə edib ki, ağ çörək, şirniyyat, qazlı içkilər, fastfood və yüksək dərəcədə emal edilmiş məhsullar maksimum məhdudlaşdırılmalıdır.
Həkim həmçinin xəbərdarlıq edib ki, xüsusilə 40 yaşdan sonra və risk faktorları mövcud olduqda qan şəkərinin mütəmadi profilaktik yoxlanılması vacibdir.

