Alkoqol və emal olunmuş ət məhsulları bədxassəli şişlərin yaranma ehtimalını artırır. Bu barədə dietoloq Nikole Endryus Daily Mirror-a açıqlama verib. Emal olunmuş ətə kolbasa, sosiska, bekon, vetçina və uzunmüddətli saxlanma üçün xüsusi emaldan keçmiş digər məhsullar daxildir.
“Daha çox çiy ət alın, evdə hazırlayın, sendviçlərə əlavə edin, öz kolbasanızı hazırlayın — hazır məhsullar almayın”, — deyə mütəxəssis tövsiyə edib.
Endryus həmçinin spirtli içkilərdən tamamilə imtina etməyi məsləhət görür, çünki alkoqolun orqanizmdə parçalanması ən azı yeddi növ xərçənglə əlaqəlidir. Dietoloqun sözlərinə görə, alkoqoldakı etanol kanserogendir və xərçəng riskini artırır.

