İki günlük qidalanma rejimi — menyuda yulaf sıyığı və paxlalıların yer alması — “pis” xolesterinin səviyyəsini təxminən 10 faiz azalda bilər. Bu barədə ümumi praktik həkim Poonam Krishan məlumat verib. Onun istinad etdiyi alman alimlərinin yeni araşdırmasına görə, belə rasion arterial təzyiqin də cüzi azalmasına kömək edir. Məlumatı Daily Mirror yayıb.

Poonam Krishan bildirib ki, bu üsul standart tibbi müalicəni əvəz etmir, lakin qidalanmanın orqanizmə necə təsir göstərdiyini aydın nümayiş etdirir. O, ürək-damar xəstəlikləri riskini azaltmaq, həmçinin infarkt və insultun qarşısını almaq üçün “yavaş” liflə zəngin məhsulların — yulafın, paxlalıların və mərcimin — rasiona mütəmadi daxil edilməsini tövsiyə edib.

