Düzgün qidalanma saçları möhkəmləndirməyə kömək edə bilər. Bu barədə həkim-trixoloq Yekaterina Paşçenko LIFE.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, rasionda kifayət qədər zülal olmalıdır. Əks halda saç tökülməsi riski artır.
Mütəxəssis qeyd edib ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər — irsiyyət, hormonal pozuntular və ya xroniki stress. Lakin qidalanma saçın və baş dərisinin vəziyyətinə təsir edən əsas amillərdən biridir.
Saçın əsasını təşkil edən keratin zülaldan ibarətdir. Zülal çatışmazlığı zamanı saçın strukturu zəifləyir və tökülmə güclənə bilər.
Asan mənimsənilən zülal mənbələri kimi yumurta, yağsız ət və balıq göstərilir. Bundan əlavə, saç follikullarının fəaliyyətini dəstəkləmək üçün omeqa-3 yağ turşuları, vitaminlər və mikroelementlər də vacibdir.

