Yaya qədər çəki azaltmaq istəyənlər qidalanmada zülalla zəngin məhsullara üstünlük verməlidirlər. Bu barədə dietoloq Olqa Redina “Podmoskovye segodnya” nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, yağsız balıq, toyuq əti, hinduşka, yumurta və kəsmik toxluq hissini daha uzun müddət qorumağa kömək edir.
Zülal daha uzun müddət toxluq hissi yaradır, buna görə də insan davamlı olaraq ara yemək istəmir. Zülallı məhsulların həzmi daha çox enerji tələb edir və orqanizm daha çox kalori sərf edir. Bundan əlavə, kifayət qədər zülal arıqlama zamanı əzələ kütləsinin qorunmasına kömək edir. Məhz əzələlər aktiv maddələr mübadiləsinə cavabdehdir.
Dietoloq əlavə edib ki, rasiona daha çox meyvə, tərəvəz və yarpaqlı göyərti daxil etmək də vacibdir. Onun sözlərinə görə, tərəvəz salata həcm verir, lakin minimum kalori ehtiva edir. Meyvələr isə şirniyyata olan istəyi azaltmağa kömək edir.

