Əsrlərdir süfrələrdə yer alan bu içki müasir mətbəxlərin yeni favoritinə çevrilib. İnək südünə ən güclü alternativ kimi göstərilən bu möcüzəvi maye, cəmi bir stəkan içildikdə belə orqanizmi başdan ayağa yeniləyir.
Evdə bir neçə dəqiqəyə hazırlaya biləcəyiniz bu “ağ iksir”in dəriyə və ürək sağlamlığına qədər uzanan təsirləri böyük maraq doğurur.
Təbii enerji mənbələrindən hazırlanan bu bitki mənşəli içki həzm sistemini rahatladır, uzun müddət toxluq hissi yaradır və şişkinlik vermir.
Mətbəxlərdə yeni dövr badam südü
Badam südü ənənəvi heyvani südlərə güclü alternativ kimi seçilir.

Tərkibindəki yüksək E vitamini sayəsində güclü antioksidantdır, immun sistemini gücləndirir və hüceyrə yenilənməsinə kömək edir.
Aşağı kalorili olması və zəngin tərkibi onu xüsusilə pəhriz saxlayanlar üçün ideal seçimə çevirir.
Badam südü xolesterin ehtiva etmir və doymuş yağ səviyyəsi aşağıdır.

Bu xüsusiyyətlər onu ürək-damar sağlamlığı üçün faydalı edir və gündəlik istifadə üçün uyğun içkiyə çevirir.
Dəriyə də faydası var
Badam südü yalnız içki kimi deyil, dəri üçün də faydalıdır.
Tərkibindəki B2 və E vitaminləri dərinin nəmini qoruyur və ona təbii parlaqlıq verir.
Mütəxəssislər bildirir ki, müntəzəm istifadə qocalma əlamətlərini gecikdirə bilər.
Ev şəraitində badam südü resepti
Tərkibi
1 stəkan badam
4 stəkan içməli su
Bir çimdik duz
İstəyə görə xurma və ya vanil
Hazırlanması
Badamları suya qoyub 8–12 saat saxlayın. Daha sonra süzüb yuyun və su ilə birlikdə blenderdə çəkin. Qarışığı süzərək südü əldə edin.

