Səhər saat 10 radələrində bir çox insan — istər səhər yeməyindən sonra, istərsə də acqarına — yüngül halsızlıq hiss edir. Bunun qarşısını almağın sadə yolu düzgün ara yeməyidir. EatingWell ekspertlərinin fikrincə, badam və qaysı qurusu qan şəkərində kəskin sıçrayış yaratmadan enerjini bərpa etməyə kömək edir. Sağlam yağlar, bitki mənşəli zülal və karbohidratların birləşməsi bu ikilini beyin üçün ideal enerji mənbəyinə çevirir. Badam uzunmüddətli toxluq yaradır və şəkərin sorulmasını yavaşladır, qaysı qurusu isə enerjini yumşaq şəkildə artırır. Endokrinoloq Keziya Coyun sözlərinə görə, bu cür ara yemək bir neçə saatlıq məhsuldarlıq artımı yaradır və qanda qlükozanın kəskin düşməsinə səbəb olmur. Bu xüsusilə prediyabet və 2-ci tip diabeti olan insanlar üçün vacibdir. Badam və qaysı qurusu sinir sistemi üçün faydalı maddələrlə zəngindir: E vitamini B qrup vitaminləri Kalium Maqnezium Badamın tərkibindəki tirozin amin turşusu ayrıca qeyd olunur. Məhz bu maddədən dopamin sintez olunur. Araşdırmalar göstərir ki, tirozinlə zəngin qidaların müntəzəm qəbulu yaddaşı və düşünmə sürətini yaxşılaşdırır. Mütəxəssislər 5–7 ədəd badam və 2–3 ədəd qaysı qurusu tövsiyə edirlər. Onları təkbaşına və ya sıyıq, yoqurt, kəsmiklə birlikdə yemək olar. Zərurət olduqda badam və qaysı qurusu oxşar təsirə malik digər məhsullarla əvəz edilə bilər.Badam–qaysı qurusu “dueti”nin üstünlüyü
Necə qəbul etməli?
Qəhvəsiz enerji? Dietoloqların tövsiyə etdiyi “süper duet”
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

