Diyetoloqlar Karman Meyer və Miranda Qalati stress səviyyəsini azaltmağa kömək edən ədviyyənin adını açıqlayıblar.
Onlar bu barədə Eating Well nəşrinə danışıb.
Mütəxəssislərin sözlərinə görə, stressin azalmasına zərdəçal (kurkuma) kömək edir. Bu təsir onun tərkibində olan kurkumin adlı maddə ilə bağlıdır və o, iltihabı azaldır.

“İltihab psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər, depressiya isə orqanizmdə iltihab reaksiyasını artırır”, — deyə Karman Meyer izah edib.
Miranda Qalati əlavə edib ki, kurkuminin iltihabəleyhinə və antioksidant xüsusiyyətləri narahatlıq və depressiya əlamətlərini yüngülləşdirməyə və psixi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.

Diyetoloqlar vurğulayıblar ki, sağlam həyat tərzi ilə birlikdə zərdəçal psixi vəziyyəti yaxşılaşdırmaq üçün sadə və təbii üsul ola bilər. Lakin narahatlıq və ya depressiya hallarında yalnız ədviyyəyə güvənmək düzgün deyil və mütləq həkimə müraciət edilməlidir.

