“Chanel”in yeni kolleksiyasında təqdim etdiyi ayaqyalın görüntülü sandal sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
2026/2027 yaz-yay kolleksiyasında yer alan minimalist dizaynlı sandalın Türkiyə satış qiymətinin təxminən 90 min TL olduğu bildirilib.
Ayaqqabı demək olar ki, görünməyən dizaynı ilə diqqət çəkib.
İncə platforma və ayaq biləyini əhatə edən bağlardan başqa modeldə ciddi detal yoxdur.
Bu səbəbdən bir çox istifadəçi onu “ayaqqabısız ayaqqabı” adlandırıb.

Kolleksiya məşhur aktrisa Nicole Kidman Nikol Kidmanın da qatıldığı xüsusi tədbirdə təqdim olunub.
Lakin sosial mediada ən çox danışılan məhz sandal modeli olub.

Dizaynın müəllifi isə məşhur modelyer Matthieu Blazydir.
Sosial şəbəkə istifadəçiləri ayaqqabı ilə bağlı müxtəlif tənqidi rəylər yazıblar.
Buna ayaqqabı deməyə min şahid lazımdır.
Yaxşı, bəs davamı haradadır?
Bu hansı tələbatın məhsuludur?
İnsanlar bu qədər sadədirmi, yoxsa brendlər çox ağıllıdır?

