Türk pop musiqisinin sevilən simalarından Sıla Gençoğlu bu dəfə mahnıları ilə deyil, sosial şəbəkələrdə yayılan son görüntüləri ilə gündəmə gəlib.
Məşhur sənətçinin yeni fotoları qısa müddətdə sosial mediada geniş müzakirə yaradıb. İstifadəçilər Sılanın görünüşündəki dəyişikliyə dair müxtəlif şərhlər yazıblar.
Paylaşımlardan sonra bəzi sosial şəbəkə istifadəçiləri sənətçini müğənni İrem Dericiyə bənzədib. Bəziləri isə Sıla Gençoğlunun hər zaman öz təbii görünüşü və səsi ilə sevildiyini qeyd edib.

Sosial mediada yazılan rəylər arasında sənətçinin səhhəti ilə bağlı ehtiyatlı yanaşanlar da olub. Bir çox istifadəçi görünüşlə bağlı sərt mühakimələrin doğru olmadığını, fotolarda işıq, bucaq və makiyajın da təsir göstərə biləcəyini bildirib.
Şərhlərdə “Səsi yetər”, “Xarici görünüş önəmli deyil”, “Bəlkə də işıq fərqlidir” kimi fikirlər diqqət çəkib.

