Bədnam Şahzadə Endryu-nun keçmiş həyat yoldaşı Sara Ferqyuson, Ceffri Epşteynlə əlaqələri haqqında sənədli filmdə rol almağa qərar verib və bu filmdə "hadisələrin öz versiyasını" danışmaq niyyətindədir.
Məlumata görə, maliyyə çətinlikləri yaşayan 66 yaşlı hersoginya ABŞ-ın striminq platformalarından təklif alıb.
Bildirilir ki, o, bu layihə üçün təxminən 1,75 milyon dollar qonorar əldə edə bilər.
Mənbələrə görə, Ferqyuson həm maddi qazanc, həm də ailəsinin reputasiyası arasında seçim etməyə çalışır.
Qeyd olunur ki, o, sənədli filmdə hadisələrin “öz versiyasını” təqdim etmək və adını təmizləmək niyyətindədir. Ferqyuson iddia edir ki, Epşteynin cinayətlərindən xəbəri olmayıb və özünü vəziyyətin qurbanı hesab edir.
Eyni zamanda, onun ABŞ-a qayıtmaqdan çəkinərək gizləndiyi və Epşteyn işi ilə bağlı artan ictimai təzyiqlərdən narahat olduğu bildirilir. ABŞ qanunvericiləri artıq ondan Konqres qarşısında ifadə verməyi tələb etsələr də, o, hələ bu çağırışa cavab verməyib.

