Məşhur amerikalı aktyor Dik Van Dayk 100 yaşını qeyd edib. Bu barədə People nəşri məlumat yayıb.
Van Dayk uzunömürlülüyünün əsas səbəbi kimi vaxtilə alkoqol və siqaretdən imtina etməsini göstərib. Aktyor xatırlayır ki, 50 yaşını keçəndən sonra zərərli vərdişlərə meyilli olduğunu anlayıb:
“Əgər nəyisə sevirəmsə, ölçü bilmirəm. Buna görə də alkoqolu, siqareti və digər zərərli vərdişləri tərgitdim. Yəqin ki, hələ də yaşamağımın səbəbi də budur.”
Onun sözlərinə görə, müsbət düşüncə və sakit xarakter də uzunömürlülüyün vacib şərtləridir. Aktyor qeyd edib ki, qəzəb və nifrət insanı daxildən yeyir və özü heç vaxt nifrət hissinə qapılmayıb.
Dik Van Dayk altı “Emmy”, eləcə də “Grammy” və “Tony” mükafatlarının sahibidir. O, ən çox 1964-cü ildə ekranlara çıxan “Mary Poppins” filmindəki rolu ilə tanınır.

