Dietoloq Marina Uest 40 yaşdan sonra qarın nahiyəsində piylərdən xilas olmağın yollarını açıqlayıb. Onun sözlərini Men Today nəşri yayıb.
Ekspert qarın əzələlərini və kor əzələlərini gücləndirməyə yönəlmiş altı hərəkətdən ibarət kompleks tövsiyə edib.
Məşq proqramına ayaqüstə dönmələr, diz qaldırmaqla dönmələr və diz qaldırmaqla əyilmələr daxildir. Bu hərəkətlər bədənin mərkəzi əzələlərini gücləndirməyə kömək edir.
Məşqin sonunda isə dirsəklər üzərində klassik plank, “addımlayan plank” və “velosiped” hərəkəti yer alır.

Uestin sözlərinə görə, 40 yaşdan sonra arıqlamaq daha çətinləşir. Bu dövrdə bazal metabolizm tədricən yavaşlayır, kişilərdə testosteron səviyyəsi azalır, qadınlarda isə hormonal fonda dəyişikliklər baş verir.
Ekspert vurğulayıb ki, bu səbəbdən fiziki aktivlik xüsusilə vacibdir. Aerob və güc məşqlərinin birləşdirilməsi yaşla əlaqədar əzələ kütləsinin azalmasını kompensasiya etməyə, maddələr mübadiləsini dəstəkləməyə və duruşu yaxşılaşdırmağa kömək edə bilər.

