Dietoloq Anita Mirçandani zülal baxımından ən zəngin çərəzin yerfıstığı olduğunu bildirib.
Good Housekeeping nəşrinin məlumatına görə, mütəxəssis qeyd edib ki, botaniki baxımdan yerfıstığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, çox vaxt çərəz qarışıqlarına daxil edilir.
Mirçandaninin sözlərinə görə, yerfıstığının çəkisinin təxminən 25 faizini zülal təşkil edir. Bundan başqa, o, fol turşusu, niasin və biotin mənbəyidir.
Dietoloq maksimum fayda əldə etmək üçün yerfıstığını nazik qırmızı qabığı ilə birlikdə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, bu qabıq güclü antioksidantlar ehtiva edir.

Mütəxəssis bildirib ki, əsl çərəzlər arasında zülal miqdarına görə yerfıstığına ən yaxın məhsullardan biri badamdır. Badamın təxminən 21 faizini zülal təşkil edir.
Mirçandani həmçinin badamın lif və E vitamini ilə zəngin olduğunu, E vitamininin isə görmə və dəri sağlamlığı üçün əhəmiyyət daşıdığını qeyd edib.

