Payız mövsümündə ferritin və D vitamini səviyyəsini yoxlatdırmaq tövsiyə olunur.
“Gazeta.Ru”ya danışan terapevt Yevgeni Kosmınin bildirib ki, bu maddələrin çatışmazlığı halsızlıq və immunitetin zəifləməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, payız müayinələrinə biokimyəvi qan analizi də daxil edilə bilər. ALT, AST və bilirubin qaraciyərin vəziyyəti, kreatinin və sidik cövhəri isə böyrəklərin fəaliyyəti barədə məlumat verir.

Bundan əlavə, maddələr mübadiləsinin qiymətləndirilməsi üçün acqarına qlükoza səviyyəsinin yoxlanılması məsləhət görülür.
Terapevt vurğulayıb ki, ümumi qan analizi anemiya və iltihabi proseslərin aşkarlanmasına kömək edə bilər. Onun sözlərinə görə, xüsusilə reproduktiv yaşda olan qadınların bu göstəricilərə diqqət yetirməsi vacibdir.

