Arıqlama ilə bağlı çətinlik yarandıqda ümumi qan və sidik analizi vermək lazımdır. Bu barədə aif.ru saytına açıqlamasında kardioloq-diyetoloq Svetlana Derbeneva bildirib.
Onun sözlərinə görə, əlavə olaraq hormonal və lipid profilləri də yoxlanıla bilər.
Ümumi qan analizi orqanizmdə anemiya və iltihab proseslərini müəyyən etməyə, sidik analizi isə sidik-ifrazat sistemi ilə bağlı problemləri istisna etməyə kömək edir.

Genişləndirilmiş biokimyəvi qan analizi böyrək və qaraciyər də daxil olmaqla mühüm orqanların fəaliyyətindəki pozuntuları aşkar edə, həmçinin qanda qlükoza səviyyəsini göstərə bilər.
Lipid profilinin nəticələri əsasında ürək-damar xəstəlikləri riski qiymətləndirilə və zərurət olduqda qidalanma rejimi dəyişdirilə bilər. Hormonal profil isə qalxanabənzər vəzin vəziyyəti barədə məlumat verir.

Bundan başqa, qanın laxtalanmasını və tromb yaranmasına meyilliliyi göstərən koaquloqramma da aparıla bilər.

