Həkim-terapevt Vladimir Nevzorov bildirib ki, idmançılar və veganlar digərlərinə nisbətən daha çox ferritin çatışmazlığı riski ilə üzləşirlər.
Bu barədə o, NEWS.ru saytına danışıb.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyət hətta hemoqlobin normal olduqda belə:
- halsızlıq,
- diqqət dağınıqlığı,
- nəfəs darlığı yarada bilər.
Ferritin nədir?
Nevzorov bildirib ki, ferritin orqanizmdə dəmir ehtiyatını saxlayan zülaldır.
Ferritin olmadan dəmir hüceyrələrin enerji mərkəzi olan mitoxondrilərə çatmır, — deyə həkim qeyd edib.
Onun sözlərinə görə, ferritinin aşağı olması “gizli dəmir çatışmazlığı” adlanan vəziyyətə səbəb olur.
Risk qrupunda kimlər var?
Həkim qeyd edib ki, intensiv məşqlər səbəbindən idmançılarda dəmir daha sürətli sərf olunur.
Vegan və vegetarianlarda isə bitki mənşəli dəmirin mənimsənilməsi daha zəif olur.
Nevzorov əlavə edib ki, risk qrupuna həmçinin:
- reproduktiv yaşda olan qadınlar,
- hamilə və süd verən analar,
- mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxslər
də daxildir.
Onun sözlərinə görə, qastrit, çölyakiya və bağırsaq iltihabları zamanı dəmirin sorulması pozulur.

