Üzüm ürək-damar sisteminin möhkəmlənməsinə kömək edə bilər.
“Radio 1”ə danışan dietoloq Natalya Pavlyuk bildirib ki, üzümün tərkibində güclü antioksidant hesab olunan resveratrol var və bu meyvə balanslaşdırılmış qidalanmanın vacib hissəsi ola bilər.

Mütəxəssisin sözlərinə görə, müxtəlif araşdırmalara nəzər saldıqda, üzüm meyvə və giləmeyvələr arasında ən geniş elmi sübut bazasına malik məhsullardan biridir və bu baxımdan alma ilə müqayisə oluna bilər.
Pavlyuk qeyd edib ki, üzüm xüsusilə ürək sağlamlığına faydalı ola, həmçinin şəkərli diabet riskinin azaldılmasına kömək edə bilər.

Dietoloq ürək və damarların qorunması, eləcə də metabolik pozuntular riskinin azaldılması məqsədilə üzümü rasiona daxil etməyi tövsiyə edib. Bununla yanaşı, miqdara diqqət etmək və üzümü normada qəbul etmək vacibdir.
Denmedia.az

