Yemək zamanı cizgi filmlərinə baxmaq uşaqlarda nitqin inkişafına mənfi təsir göstərə bilər. Bu barədə psixoloq Mariya Safonova NEWS.ru-ya müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, valideynlər azyaşlı uşaqlara yemək zamanı tez-tez cizgi filmi qoşurlar, lakin bunun mümkün nəticələrini nəzərə almırlar. Uşaq diqqətini görüntü və səsə yönəltdiyi üçün qidalanma prosesi mexaniki xarakter ala bilər.
Safonova bildirib ki, belə halda uşağın aclıq və toxluq hissini düzgün qavramaması, gələcəkdə isə qidalanma davranışı ilə bağlı çətinliklərin yaranması mümkündür. Uşaqlar cizgi filmi olmadan yeməkdən imtina edə, yeməyin özünə diqqət yetirməyə bilərlər.

Psixoloqun sözlərinə görə, bu vərdiş uşağın qidanı düzgün çeynəməyi öyrənməsinə də mane ola bilər. Bu isə artikulyasiya ilə bağlı problemlərə və nəticədə nitqin inkişafına təsir göstərə bilər.
Safonova vurğulayıb ki, yemək zamanı uşağın diqqəti qidaya yönəlməlidir. O, yeməyə toxunmalı, onun konsistensiyasını, temperaturunu və dadını hiss etməlidir. Həmçinin uşaqların müstəqil çeynəməyi, çəngəl və ya qaşıq tutmağı öyrənməsi motor bacarıqlarının inkişafı üçün vacibdir.
Denmedia.az

