16 
apr
2024
17:50
1 317

Uşaqlarda nitq ləngimələri halı niyə artıb?-FOTO

16 apr, 2024
17:50
1 317

Uşaqlarda nitq ləngimələri halı niyə artıb?-FOTO

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir.Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən nitqdə hər hansı pozuntuların olmasından şikayət edirlər.Ötən əsrin 70-ci illərində bu problem yalnız 4 faiz uşaqda müşahidə edilirdisə, hazırda bu rəqəm 6 dəfə artıb.

Mövzu ilə bağlı "Den.az"-a loqoped, jest dili üzrə mütəxəssis Zəhra Zamanova aydınlıq gətirib.

Nitq qüsurları çox zaman uşaqlarda özünə inamsızlıq yaradır.Buna görə də uşaqlar məktəbə və bağçaya getmək istəmirlər.Uşağın nitqində problem varsa və ya ümumiyyətlə nitq yoxdursa, bu onun psixoloji aləminə təsir edir.Uşaqlar nitq vasitəsilə ünsiyyətə girir, lüğət ehtiyatı artır, təsəvvürləri formalaşır.

Nitqin inkişafında ləngimə varsa bu xüsusiyyətlər də ləngiyir.Psixoloji olaraq uşaqda ləngimə varsa bu onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz.Belə ki, uşaq deyilən müraciəti anlamırsa, onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq.Buna görə də uşaqla defektoloji- loqopedik iş aparılarkən mütləq onun psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır deyə Zəhra Zamanova qeyd edib.

Nitq qüsurlarının səbəbləri arasında doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, evdə valideynin uşaqla az ünsiyyətdə olması, valideynlərin müxtəlif dildə danışması, telefon və planşetdən çox istifadənin ön sırada dayandığını vurğulayan Zəhra Zamanova onu da əlavə edib ki, nitqin inkişafındakı geriləmə vaxtında düzəlməzsə bu uşağın təhsil almasında son dərəcə çətinlik yaradacaq.Buna görə də valideynlər daha diqqətli olmalı, psixoloq, loqoped və lazım gələrsə həkimlə birlikdə hərəkət etməli, problemin həllinə tez və ləngimədən nail olmalıdırlar.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar