Qapının kilidini dəfələrlə yoxlamaq sadəcə unutqanlıq deyil, obsessiv-kompulsiv pozuntunun (OKP) əlamətlərindən biri ola bilər.
Bu barədə klinik psixoloq Marianna Abravitova RT-yə danışıb. Onun sözlərinə görə, OKP zamanı insan qapını bağlamaq kimi artıq yerinə yetirdiyi hərəkətə dair kifayət qədər əminlik hiss etməyə bilər və nəticədə onu təkrar-təkrar yoxlamaq ehtiyacı yaranır.

“Əslində, qapının kilidini təkrar yoxlamaq obsessiv-kompulsiv pozuntunun ritual formasının klassik təzahürüdür. Bu, patoloji şübhə sindromudur. Səbəb diqqətsizlik deyil, beynin yoxlama sisteminin fəaliyyətindəki pozuntudur”, – psixoloq bildirib.
Abravitovanın sözlərinə görə, daim təkrarlanan yoxlamalar narahatlığı azaltmaq əvəzinə zaman keçdikcə onu daha da gücləndirə bilər. Belə davranışın arxasında məsuliyyətlə bağlı yüksək narahatlıq və ya nəzarəti itirmək qorxusu dayana bilər.

