Gəlin qısqanclıq səbəbindən ərini valideynlərinə qarşı kökləyə bilər. Bu barədə “Veçernyaya Moskva” nəşrinə açıqlamasında klinik psixoloq Marianna Abravitova danışıb. Onun sözlərinə görə, bu tip davranış sərgiləyən qadınlar hər şeyi nəzarətdə saxlamaq istəyir və kənar təsirdən qorxur.
Psixoloq bildirib ki, belə qadınlara elə gəlir ki, ərinin kimlərlənsə — xüsusən də valideynləri ilə ünsiyyəti — diqqətin ondan yayındırılmasına səbəb olacaq. Bundan əlavə, o, hamının ərini ona qarşı qaldıracağına inanır, çünki dünyanı öz daxili prizmasından görür və başqalarının da onun kimi davranacağını düşünür.
Abravitova vurğulayıb ki, bu vəziyyətdə ər tərəfin anası müdriklik göstərməli və ilk mərhələdən gəlinlə dost münasibəti qurmalıdır. Onun fikrincə, qayınana və gəlin bir komanda olarsa, maraqlar toqquşması yaranmaz və münaqişənin qarşısını almaq mümkün olar.

