İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda və yarımadada mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz isə 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti nisbətən qeyri-sabit keçəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 11-16 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq.

