Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Gecəyə doğru yarımadanın ayrı-ayrı ərazilərində yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20–23 dərəcə isti, gündüz 29–34 dərəcə isti olacaq. Atmosfer təzyiqi təxminən 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60–65 faiz, gündüz isə 40–50 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Axşam saatlarında yağıntı müşahidə olunacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 21–25 dərəcə isti, gündüz 30–35 dərəcə isti olacaq. Dağlarda isə gecə 10–15 dərəcə isti, gündüz 17–22 dərəcə isti, bəzi yerlərdə 25–28 dərəcə isti proqnozlaşdırılır.

