İyulun 16-da Bakının bir sıra ərazilərində təmir-profilaktika işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, saat 02:00-dan 04:00-dək Xəzər rayonunun Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində, eləcə də “Qoşa Qala” restoranının arxasında yerləşən ərazidə elektrik enerjisinin verilişi dayandırılacaq.
Saat 10:00-dan 13:00-dək Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bəzi hissələrində məhdudiyyətlər olacaq.
Saat 10:00-dan 14:00-dək isə Nizami rayonunun Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və Birinci Köndələn küçələrinin ayrı-ayrı hissələrində elektrik enerjisinin verilişində fasilələr mümkündür.
Bundan əlavə, Sabunçu rayonunun Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində də elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.

