Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı və Qızıl Şərq küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Eyni zamanda Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən yarımstansiyalarda təmir-profilaktika işləri görüləcək. Bu səbəbdən Nizami Abdullayev küçəsində də elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

