İyunun 18-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, həmin gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Çuxursəəd, Zaur Kərimov, Vasif Əliyev və Məmmədşərif Həmidov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Eyni gün Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən yarımstansiyada təmir-təftiş işləri görüləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Xəlil Rza Ulutürk küçəsinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bundan başqa, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan “BMTZ” 35/6 kV-luq yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Bu işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Bülbülə qəsəbəsində Səttar Bəhlulzadə, İlqar Məmmədov və Vüqar Bədəlov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr mümkündür.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

