Bu gün Bakının Xətai, Suraxanı və Binəqədi rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Məlumata görə, təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrinin, Mərkəzi və S.Əliyev küçələrinin, Binəqədi rayonunun DSK yolunun, Binəqədi və Biləcəri qəsəbələrinin bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

