Bu gün – avqustun 28-də Bakının bir sıra ərazilərində aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və Vasif Əliyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Aşıq Alı və Yəhya Bakuvi küçələrinin bəzi ərazilərində işıq olmayacaq.
Suraxanı rayonunda saat 10:00-dan 16:00-dək Hövsan bağları, Kondisioner bağları və Hövsan–Türkan yolu boyunca yerləşən bağ massivlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Binəqədi rayonunda isə saat 10:00-dan 15:00-dək 6 kV-luq “Asfaltzavod” hava xəttində aparılan yenidənqurma işləri səbəbindən Xocəsən–Sədərək yolunun sağ və sol tərəflərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

