Sentyabrın 10-da Bakının bəzi ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri Yasamal rayonunda yerləşən transformator məntəqəsində aparılacaq. Bundan əlavə, elektrik xətlərinə toxunan yaşıllıqların budanması nəzərdə tutulur.
Saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev, Zaur Kərimov küçələrində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

