Avqustun 10-da Bakının bir sıra ərazilərində transformator məntəqələrində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, məhdudiyyətlər elektrik təchizatının keyfiyyətinin artırılması və artan yükün qarşılanması məqsədilə görülən işlərlə bağlıdır.
Yasamal rayonunda Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi saat 10:00-dan 13:00-dək məhdudlaşdırılacaq.
Nərimanov rayonunda isə Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin ayrı-ayrı hissələrində saat 09:00-dan 12:00-dək fasilələr gözlənilir.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi əvvəlki rejimdə bərpa olunacaq.

