Oktyabrın 22-də Bakının Xətai və Nəsimi rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan təmir işləri başa çatanadək bəzi ünvanlara təbii qazın verilişində fasilə yaranacaq.
Xətai rayonunda Gəncə prospekti və Məhəmməd Hadi küçəsində, Nəsimi rayonunda isə Mir Cəlal, Asif Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrində qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət qaz sızmasının aradan qaldırılması və qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır.

