Sentyabrın 30-da Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək paytaxtın Nəsimi rayonunda A.Məhərrəmov, 20 Yanvar, M.Cəfərov və Cavadxan küçələrində qazın verilişi dayandırılacaq.

