Bu gün Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və artan enerji tələbatının qarşılanması məqsədilə bir neçə transformator məntəqəsində təmir, yoxlama və sınaq işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə və Zaur Kərimov küçələrində, həmçinin Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan əlavə, saat 09:00-dan 14:00-dək Binəqədi rayonunun 9-cu mikrorayonunda Mir Cəlal küçəsində, 6-cı mikrorayonunda isə İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində elektrik təchizatında fasilələr yaranacaq.
Planlaşdırılan işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Denmedia.az

