Bu gün Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov və Vasif Əliyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin daha keyfiyyətli və dayanıqlı verilişi təmin ediləcək.

