Vladimir Putin bildirib ki, Ermənistan mümkün qədər tez Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçim etməlidir.
Bu barədə РИА Новости məlumat yayıb.
Vladimir Putin vurğulayıb ki, İrəvan qərarını vaxtında açıqlamalıdır.
Buna uyğun olaraq biz də müvafiq nəticələr çıxararıq və yumşaq, mədəni, qarşılıqlı faydalı ayrılıq yoluna gedərik, — deyə o bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına qoşulmaq planları “xüsusi baxılma tələb edir”.
Onun sözlərinə görə, Moskva erməni xalqı üçün faydalı olacaq bütün qərarları dəstəkləyəcək.

