Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq.
O, bu barədə Birinci kanalın efirində danışıb.
“Avropa İttifaqı ölkələri ilə hazırda hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, Ermənistanla da hava əlaqəmiz olmayacaq”, — deyə Aleksey Overçuk vurğulayıb.
Overçuk qeyd edib ki, Ermənistan vətəndaşları rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma qərarının mümkün nəticələrini anlamalıdır.
“Bəlkə də bu, çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistanda insanlar başa düşsünlər: əgər bu baş verərsə, bu, Avropa İttifaqı ilə yaxınlaşma qərarlarına görə baş verəcək”, — deyə Aleksey Overçuk diqqətə çatdırıb.
O əlavə edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyünün yekunda hansı nəticələrə gətirib çıxaracağı hələlik məlum deyil.

