ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında şəxsi görüşün mümkünlüyünün müzakirə olunması təşəbbüsü ilə çıxış edib. Bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Vladimir Putin dəfələrlə vurğulayıb ki, Zelenskinin dialoqa real hazır olduğu təqdirdə, Rusiya tərəfi bu formata açıqdır və onu Moskvada qəbul etməyə hazırdır. Uşakovun qeyd etdiyinə görə, Rusiya Ukrayna prezidentinin təhlükəsizliyinə zəmanət verə bilər.
Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, Moskva Putin və Zelenski arasında təmasları istisna etmir, lakin hesab edir ki, bu cür danışıqlar diqqətlə hazırlanmalı və konkret, müsbət nəticələrə yönəlməlidir. O bildirib ki, mümkün görüş mövzusu Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları zamanı dafələrlə gündəmə gətirilib.

