Bolqarıstan parlamentinin deputatı Angel Georgiyev Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni qanunsuz hərəkətlərdə və korrupsiyada ittiham edib. Bu barədə TASS yazır.
Bir müddət əvvəl “Dirçəliş” partiyasının nümayəndə heyətinə rəhbərlik edərək Rusiyaya səfər edən Georgiyev bildirib ki, Ursula fon der Lyayen keçmiş baş nazir və “Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar” siyasi partiyasının lideri Boyko Borisovla kampaniya aparıb.
Deputatın sözlərinə görə, Bolqarıstanda hər kəs Borisovun korrupsiyaya bulaşdığını bilir, buna baxmayaraq fon der Lyayen ondan istifadə edib və məhz onun sayəsində çoxlu səs toplayıb.
“Bu, Avropanın əsl simasıdır. Ayıbdır. Çünki Avropa qətiyyən belə olmamalıdır”, — deyə Angel Georgiyev bildirib.

