Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür.
2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu təxminən 27 illik işğaldan sonra Qubadlı şəhərini azad edib.
Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin, həmçinin Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərinin azad olunduğunu elan edib.
Qubadlı rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və şəxsi qəhrəmanlıq göstərən 5 876 hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Daha sonra ləğv edilərək ərazisi Zəngilan rayonuna birləşdirilib. 1964-cü ildə isə yenidən müstəqil inzibati rayon statusu alıb.
Qubadlı şəhəri 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Həmin dövrdə rayonun tərkibinə bir şəhər və 93 kənd daxil idi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən edilib.

