Bu gün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovun anım günüdür.
“Den.az” xəbər verir ki, o, 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub.
Ailədə 10 uşaqdan biri olan Ş.Həmidov 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub, 1995-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirib.
Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Prezident İlham Əliyevin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda döyüşlərdə şəhid olub və II Fəxri xiyabanda dəfn edilib.
Şəhid polkovnik ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif olunub.
Şəhidin iki övladı Vətənə yadigar qalıb.
Şükür Həmidovun şəhid olduğu gündür - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.