16 
mar
2024
21:56
554

Qubadlı polisinə yeni rəis müavini təyin edilib-FOTO

16 mar, 2024
21:56
554

Qubadlı polisinə yeni rəis müavini təyin edilib-FOTO

Qubadlı rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

"Den.az" xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən Rəcəbov Elçin Eyvaz oğlu  Qubadlı rayon Polis İdarəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, Polis polkovniki Elçin Rəcəbov bu vaxta qədər Abşeron rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub. Daha sonra DİN-nin Baş İctimai Təhlükəsizlik idarəsinin əməkdaşı kimi çalışıb.

Bundan əlavə Rəcəbov Elçin Eyvaz oğlu Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medal ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar