Sentyabrın 21-dən 27-dək işğaldan azad edilmiş ərazilərdə 29 tank əleyhinə, 208 piyada əleyhinə mina və 1436 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-nın həftəlik hesabatına əsasən, həmin dövrdə 1385,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Minatəmizləmə əməliyyatlarında ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı iştirak edib.
İşlər Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində aparılıb.

