Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatında saxlanılanların sayı artıb.
Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində daha 3 nəfər saxlanılıb.
Türkiyə mediasının məlumatına görə, saxlanılanlar arasında Yeşilçamın əfsanəvi simalarından Türkan Şorayın qızı, aktrisa Yağmur Ünal, aşpaz Eren Kesimer və aktrisa Semiha Bezek də var.
Beləliklə, əməliyyat çərçivəsində saxlanılanların ümumi sayı 23 nəfərə yüksəlib.
Qeyd olunur ki, istintaq çərçivəsində hüquqi prosedurlar davam etdirilir.

