Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı başladılan narkotik araşdırması çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib.
Türkiyə mediasının məlumatına görə, siyahıda tanınmış sənətçilər Mabel Matiz və Serenay Sarıkaya da yer alıb.
Araşdırmanın detalları hələlik tam açıqlanmayıb. Bildirilir ki, prokurorluğun qərarı çərçivəsində şübhəlilərlə bağlı hüquqi prosedurlar davam etdirilir.

