“Yalı Çapkını” serialında canlandırdığı Pelin obrazı ilə tanınan aktrisa Buçe Buse Kahraman evlilik yolunda ilk addımı atıb.
Aktrisa 3 ildir münasibətdə olduğu iş adamı Kaan Akyıldızdan romantik evlilik təklifi alıb.

Sürpriz təşkil olunan mərasimdə xoşbəxt anlar yaşayan Buçe Buse Kahraman həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Münasibətlərini uzun müddət kameralardan uzaq yaşamağa üstünlük verən cütlük bu paylaşım ilə sevgilərini rəsmiləşdirmək yolunda olduqlarını göstərib.

