Məşhur aktrisa Serenay Sarıkaya ilə müğənni Mert Demirin münasibəti yenidən gündəmə gəlib.
Cütlük barədə bu dəfə evlilik iddiaları yayılıb. Məlumata görə, Serenay Sarıkaya və Mert Demir yay aylarında evlənməyi planlaşdırırlar. Bu xəbər pərəstişkarlar arasında böyük maraq yaradıb.

Aktrisanın Yves Saint Laurent defilesindən paylaşdığı şəkillərə Mert Demirin “Fıstığım” şərhini yazması sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.
Jurnalist Mehmet Üstündağın məlumatına görə, cütlük artıq evliliyə hazırlaşır. O bildirib ki, təsadüfən qatıldığı dost məclisində Mert Demir ilə qarşılaşıb və söhbət zamanı müğənni evlilik təklifi etməyə hazırlaşdığını deyib.

Üstündağın sözlərinə görə, Mert Demir Serenay Sarıkaya ilə gələcək planları qurduqlarını və birlikdə çoxlu uşaq istədiklərini də açıq şəkildə dilə gətirib.

