Acun Ilıcalı gənclik illərində ard-arda üzləşdiyi itkilərdən və çətinliklərdən danışıb. Məşhur televiziyaçı 25 yaşına qədər olan həyatını “qorxu filmi qədər dramatik” sözləri ilə təsvir edib.
Keçmişi ilə bağlı diqqətçəkən açıqlamalar verən Ilıcalı gənc yaşlarında anasını və atasını itirdiyini bildirib. O, eyni dövrdə boşanma prosesi yaşadığını, 23 yaşında isə müflis olaraq maddi çətinliklərlə üzləşdiyini deyib.
Ilıcalının həyatındakı ağır hadisələr bununla bitməyib. O, 24 yaşında motosiklet qəzasına düşdüyünü və həmin qəza zamanı yanında olan dostunu itirdiyini bildirib.

Acun Ilıcalı həmin illəri belə xatırlayıb:
“25 yaşıma qədər olan dövr qorxu filminə qoyula biləcək qədər dramatikdir”.
Çətin illərdən sonra iş həyatına başlaması ilə həyatının dəyişdiyini deyən Ilıcalı karyerasındakı yüksəlişi belə ifadə edib:
“İş həyatına başladığımdan bəri heç bir ilim əvvəlkindən daha pis olmayıb”.

